• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Son 1 həftədə COVID-19-a yoluxanların sayı AÇIQLANDI

CƏMİYYƏT

04 Sentyabr 2023 | 17:45

Son 1 həftədə COVID-19-a yoluxanların sayı AÇIQLANDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (28.08.2023-03.09.2023) 130 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 832 312 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 881 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.

Ölkədə son həftə ərzində 2 744, hazırkı dövrədək isə 7 674 567 test aparılıb.


Son 1 həftədə COVID-19-a yoluxanların sayı AÇIQLANDI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026