• Bakı 21° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Sosial şəbəkələrindəki problemdən sonra Amerika bazarları da çökub
 
 

İQTİSADİYYAT

05 Oktyabr 2021 | 20:57

Sosial şəbəkələrindəki problemdən sonra Amerika bazarları da çökub

Facebook və digər sosial şəbəkələrdə baş verən hadisədən sonra Amerika bazarları da çöküb.

Bakıvaxtı.az The Wall Street Journal-a istinadən xəbər verir ki, oktyabrın 4-də əsas indekslər düşüb: S&P 500 1,3 faiz, Nasdaq 100 - 2 faizdən çox, Dow Jones - 1 faiz, NYSE Kompozit - 0,73 faiz ucuzlaşıb.

FANG adlanan şirkətlər (Facebook, Amazon, Apple, Netflix və Google) bir gecədə 243 milyard dollarlıq kapitallaşma itirdi. Nəşr qeyd edir ki, bu, 2020 -ci ilin oktyabrından ən böyük bazar itkisi olub. Alphabet 3 % -dən çox, Amazon 2,85 %, Netflix 2,6 %, Apple 2,4 %, Microsoft 2 % -dən bir qədər çox itirdi.

"Facebook"un qiymətli kağızları digərlərinə nisbətən daha çox zərər görüb. Belə ki, bazar sonunda texnologiya nəhənginin səhmləri 5 faizdən çox düşüb və kapitallaşması 50 milyard dollar azalıb. Şirkətin rəhbəri Mark Çukerberq Facebook və Instagram -da, habelə WhatsApp messencerində fasilələr nəticəsində təxminən 7 milyard dollar itirib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026