• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Söz vermişdim ki, Şuşada namaz qılacağam - Səncər

CƏMİYYƏT

01 Iyun 2024 | 18:43 | Müəllif: Subhan Mahmudov

Söz vermişdim ki, Şuşada namaz qılacağam - Səncər

Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Sancar deyib.

"44 günlük Qarabağ savaşını yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul olmadım. Bütün günü kompüter arxasında xəbər saytlarını, sosial media hesablarını və televiziyaları izləyirdim.

Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir", - Ə.Sancar bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026