• Bakı 12° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Spiker: Dilimiz milli mənəviyyatımızın özəyidir

SİYASƏT

08 Dekabr 2025 | 11:12

Spiker: Dilimiz milli mənəviyyatımızın özəyidir

İlham Əliyev noyabrın 3-də AMEA-nın 80 illik yubileyinə həsr edilən yığıncaqda dil məsələsinə xüsusi diqqət yetirib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perpsektivlər" mövzusunda konfransda Milli Məclisin sədri Sahibə Qafarova açılış nitqində deyib.

Onun sözlərinə görə, konfransın məqsədi Azərbaycan dilinin qorunması, parlamentin və ziyalıların bu istiqamətdə rolunu müzakirə etməkdir.

"Dilimiz milli mənəviyyatımızın özəyidir. Dil siyasətini hüquqi və institutsional şəkildə inkişaf etdirən orqan Azərbaycan parlamentidir. Dilimizin inkişafı məsələsi həmişə diqqət mərkəzində olub",- Milli Məclisin sədri diqqətə çatdırıb.

Spiker əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə rolu danılmazdır:

"Xalqın mənəvi sərvətlərini qorumaq üçün hüquqi əsaslar Ulu Öndər sayəsində genişləndirilib. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili dövlət dili statusu daşıyır".

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Dekabr 2025