• Bakı 10° C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

“Spikevax” peyvəndi təsdiqləndi

CƏMİYYƏT

02 Fevral 2022 | 00:22 | Müəllif: Qalib İbrahimoğlu

“Spikevax” peyvəndi təsdiqləndi

Federal Qida və Dərman İdarəsi (FDA) Modernanın COVID-19 peyvəndinin istifadəsinə tam icazə verdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, FDA tərəfindən edilən şərhdə Modernanın peyvənd istehsalı prosesi ilə bağlı bütün prosedurların həyata keçirildiyi bildirilib: “İctimaiyyət bu peyvəndin FDA-nın ciddi elmi standartlarına uyğun olaraq təsdiqləndiyinə əmin ola bilər”.

Açıqlamada tam təsdiqlənmiş COVID-19 peyvəndinin bundan sonra “Spikevax” markası ilə satışa çıxarılacağı qeyd edilib.

ABŞ Xəstəliklərin Mühafizəsi və Qarşısının Alınması Mərkəzlərinin (CDC) qeydlərinə görə, indiyədək ölkədə 204 milyondan çox insan Moderna peyvəndi alıb./aztibb.az/

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026