"Qızılcanın karantin dövrü 21 günə qədər davam edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnistututunun pediatrı Sevinc Mehdiyeva deyib.
"Çox vaxt bədən hərarəti düşdükdə, səpkilər azaldıqda valideynlər düşünür ki, uşağı karantində saxlamaq lazım deyil, ancaq elə deyil. Tam sağaldıqdan sonra normal həyata qayıtmaq olar. Sağalma xəstəliyin başladığı dövrdən 3-4-cü dövrünə qədərdir. Bu zaman səpkilər sönür, bədəndə iz buraxmadan elementlər aradan götürülür. Bu zaman insanın iştahası yaxşılaşır, özünü daha yaxşı hiss edir. Xəstənin tam bərpa, reabiltasiya dövrü 2-3 həftəyə qədər davam edir".
Bundan əlavə o qeyd edib ki, qızılca zamanı dərman yalnız həkim tərəfindən yazılmalıdır:
"Həkim nəzarəti olmadan dərman istifadə etmək olmaz. Sadəcə burun damcıları, öskürəyə yaxşı təsir edən şeylər istifadə etmək lazımdır".
Aytac Aslan
















