"Heyvan dişləməsi hər bir halı nəzarətə götürülür".
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, ölkə üzrə 2024-cü ilin 6 ayı ərzində 20 528 heyvan dişləməsi qeydə alınıb, bunlardan 11 313 hadisə məlum heyvanlar, 9 215 hadisə naməlum heyvanlar tərəfindən xəsarət alanlar olub.
2025-ci ilin müvafiq dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 1 878 nəfər artaraq 22 406 nəfər olub, bunlardan 12 101 məlum, 10 305 naməlum heyvan tərəfindən qeydə alınan dişləmə hadisələridir.
Qeydə alınan dişləmələr hadisələri əsasən itlər, pişiklər tərəfindən baş verib.
A.Qurbanova qeyd edib ki, 2025-ci ilin 6 ayı ərzində 2024-cü ilin müvafiq dövrü ərzində olduğu kimi insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.
Mina Mikayılova