• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sudanda bayramının ilk günü azı 59 nəfər öldü

DÜNYA

22 Aprel 2023 | 00:33 | Müəllif: Subhan Mahmudov

Sudanda bayramının ilk günü azı 59 nəfər öldü

Sudanda Ramazan bayramının ilk günü baş verən qarşıdurmalarda azı 59 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sudanın səhiyyə naziri Heysham Məhəmməd İbrahim məlumat verib.

Məlumata görə, qarşıdurma zamanı 200-ə yaxın insan yaralanıb.

İbrahim əlavə edib ki, Sudanın səhiyyə sistemi kritik vəziyyətdədir, çünki bir çox tibb müəssisələri hərbi əməliyyatlar fonunda fəaliyyət göstərə bilmir. Xartumdakı 130 xəstəxanadan 43-ü tamamilə dağılıb.

Qeyd edək ki, 15 apreldən ölkədə ordu və xüsusi təyinatlılar arasında qarşıdurma başlayıb./axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026