• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sudanda toqquşmalarda ölənlərin sayı ARTDI

DÜNYA

25 Aprel 2023 | 15:32

Sudanda toqquşmalarda ölənlərin sayı ARTDI

Sudanda toqquşmalarda ölənlərin sayı 459-a çatıb.

Bakıvaxtı.az “Əl Cəzirə“yə istinadən xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bildirilib.

Məlumatda qeyd olunub ki, silahlı toqquşmalar nəticəsində 4 075 nəfər xəsarət alıb: “Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 459-a yüksəlib, 4 075 nəfər yaralanıb, lakin düşünürəm ki, real rəqəmlər daha çoxdur”.

Əlavə olunub ki, Sudanda 14 tibb müəssisəsi hücuma məruz qalıb, həmçinin münaqişə tərəflərindən biri bioloji laboratoriyanı nəzarətə götürüb.

“Sudanda epidemiyanın, xüsusən də vəbanın yayılması ilə bağlı real risklər yaranıb”, - təşkilatdan bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR