• Bakı 12° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Sülh yaxın görünmür: ABŞ daha çox Moskvanın mövqeyini nəzərə alır

SİYASƏT

13 Mart 2025 | 11:48

Sülh yaxın görünmür: ABŞ daha çox Moskvanın mövqeyini nəzərə alır

“ABŞ-Rusiya, ABŞ-Ukrayna görüşləri ilə bağlı dəqiq proqnozlar söyləmək çox çətindir”.

Bunu Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə ABŞ-Rusiya, ABŞ-Ukrayna görüşlərindən danışarkən deyib.

Politoloq bildirib ki, Rusiya və Ukrayna arasında son günlərdə hərbi toqquşmaların şiddətlənməsinin səbəbi var. Onun sözlərinə görə, hər hansı atəşkəs öncəsi iki tərəfin də istəkləri var:

“Rusiya aydın görür ki, son günlərdə Ukraynanın mövqeləri zəifləyib. Ona görə də Kursk istiqamətində hücuma keçərək müəyyən ustünlüklər əldə edib. Ukrayna tərəfi də son mərhələdə üstünlük əldə etmək üçün Moskvaya PUA-lardan hücumlar təşkil edir. Göstərir ki, ABŞ prezidentinin yanaşmasına rəğmən, Ukraynanın hərbi gücü, imkanları yerindədir”.

Müsahibimiz qeyd edib ki, Ukrayna zəif bənd olmaq fikrində deyil. Əslində bu, onun göstəricisidir ki, tərəflər, xüsusən Rusiya sülhə hazır deyil. Həm də ABŞ rəsmiləri açıq bəyan edirlər ki, Ukrayna nəinki 2014-cü ilin, hətta 2022-ci ilin sərhədlərinə qayıda bilməz. Donetsk, Zaporejye və Xerson vilayətləri qismən Ukraynanın nəzarətindədir. Ancaq Rusiya birmənalı tələb edir ki, həmin bölgələr Moskvanın nəzarətinə keçməlidir. Bu məsələdə də ziddiyyətlər var. Çox güman ki, ABŞ də bu ideyanı dəstəkləyir. Ona görə də Ukrayna qarantiya, zəmanət tələb edir.

İlqar Vəlizadə: ABŞ sülh istəyir, çalışır ki, tərəfləri sülhə yaxınlaşdırsın

Politoloq bildirib ki, hələlik nadir metallarla bağlı da saziş imzalanmayıb:

"Düzdür, ABŞ sülh istəyir, çalışır ki, tərəfləri sülhə yaxınlaşdırsın və daha çox Moskvanın mövqeyini nəzərə alır. Lakin sülh yaxın görünmür".

Qüyd edək ki, Ciddədə ABŞ-Ukrayna danışıqları baş tutub və tərəflər birgə bəyanat qəbul etdilər. Danışıqlardan sonra ABŞ prezidenti Donald Tramp Kiyev hakimiyyətinə hərbi və kəşfiyyat yardımını dərhal bərpa etmək qərarına gəlib. Həmçinin, Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul edib.

Aydın Baxış


SON XƏBƏRLƏR