• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sülhdən sonra Qarabağda ermənilərlə birgə yaşayış NECƏ OLACAQ?

CƏMİYYƏT

26 May 2022 | 15:06

Sülhdən sonra Qarabağda ermənilərlə birgə yaşayış NECƏ OLACAQ?

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirak etdiyi sonuncu Brüssel görüşündə Avropa İttifaqının Prezidenti Şarl Mişel Qarabağ ərazisində yaşayan ermənilərin təhlükəsizlik məsələsinə də toxunub.

Azərbaycan Respublikasının ərazisində müxtəlif etnik xalqlar tamhüquqlu vətəndaş kimi yaşayırlar.

Bəs uzun illər millətimizə qarşı düşmənçilik, kin və nifrət hissi bəsləyən ermənilərlə eyni ərazidə yaşamaq mümkün olarmı?

Deputat  Arzu Nağıyev Bakıvaxtı.az-a bildirib ki, yaramız olduqca dərindir və hələ sağalmayıb:

“Azərbaycanda istənilən xalqın nümayəndələri yaşayır və yaşayacaq. Onların hər biri Azərbaycan vətəndaşıdır. Hər bir etnik qruplara hörmətimiz var. Biz multikulturalizmi dəstəkləyən dövlətik. Milliyətindən asılı olmayaraq, Azərbaycan Konstitusiyasını, vətəndaşlığını qəbul edən hər kəs bütün qanunlar qarşısında cavabdehdir. Məlum məsələdir ki, əvvəllər işğal olunmuş ərazilərimizdə məskunlaşan bir qrup ermənilər hazırda da ordadır. Çoxunun cinyət işi, axtarışa verilənləri var ki, onlar da qanun qarşısında cavab verəcəklər”.

Deputat qeyd edib ki, lakin ermənilər Azərbaycan qanunlarına hörmətlə yanaşarlarsa, digər etnik xalqlara olan münasibət onlara da olacaq:

“Düzdür, yaramız dərindir, sağalmalıdır. Lakin biz tolerantlığı, multikultural dəyərləri daim yüksək tutmuşuq. Biz döyüşü bacardığımız kimi, vətəndaşlarımızın problemlərinin həlli istiqamətində addımlar da atırıq. Qarşı tərəf bilməlidir ki, hər hansı təxribatçı addım nə ilə nəticələnə bilər. Avropa İttifaqı isə bizə hər hansı bir mütləq şəkildə öhdəlik qoya bilməz. Məlumdur ki, bura Azərbaycan ərazisidir və biz də hər bir vətəndaşımıza birmənalı şəkildə cavabdehik”.

Nuranə Daxilqızı  

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026