• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sumqayıtda avtobus yanıb - VİDEO

HADİSƏ

01 Mart 2025 | 21:01 | Müəllif: Subhan Mahmudov

Sumqayıtda avtobus yanıb - VİDEO

Sumqayıt şəhəri, S.Vurğun küçəsində avtobusda yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus “Mitsubishi” markalı avtobusun mühərrik hissəsində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun mühərriki və salon hissəsi qismən yanıb.

Avtobusun digər hissələri yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026