• Bakı 19° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Sumqayıtda havanı zəhərləyən zavodlar-AÇIQLAMA 

GÜNDƏM

03 Avqust 2021 | 15:47

Sumqayıtda havanı zəhərləyən zavodlar-AÇIQLAMA

İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə və “Sumqayıt Texnologiyalar Parkı” MMC-yə məxsus zavodlar Sumqayıtı tüstüyə boğub.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə ekoaktivistlər çıxış ediblər.

Onların sözlərinə görə, havanı əsasən zavodların tullantıları çirkləndirir.

“Şəhərə bürüyən tüstünün əsas mənbəyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə məxsus zavoddur. Düzdür, məişət tullantıları poliqonunda baş vermiş yanğının da yaratdığı tüstü var. Amma şəhəri bürüyən  üfunət qoxusunun və tüstünün mənbəyi zibil poliqonu deyil.  “Sumqayıt Texnologiyalar Parkı”na məxsus zavoddan çıxan tüstü də havanı çirkləndirir. Amma onun miqyası böyük deyil”,-deyə ekoaktivist Cavid Qara bildirib.

Şəhəri bürüyən üfunət qoxusu sakinləri ciddi şəkildə narahat edir. Ekoaktivistlər məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək cavabdeh şəxslərin cəzalandırılmasını istəyib.

“Sumqayıt Texnologiyalar Parkı”nın (STP) ictimai əlaqələr üzrə meneceri Rəşad Əliyev Bakıvaxtı.az-a bildirib ki, Sumqayıtın hava çirklənməsinə səbəb STP deyil: “Birincisi, STP-də istehsalat müasir texnalogiya və beynəlxalq standartlara əsaslanır. İkincisi, istehsalatımız havanı kəskin çirkləndirən istehsalat deyil. Armatur, alüminium pestah və mis/alüminium pestah istehsal edən sobalardır. Üçüncüsü, istehsal həcmi hava çirkliliyinə təsir edəcək qədər böyük deyil”.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə də informasiya sorğusu ilə müraciət edilib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR