• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Sumqayıtda iki maşın toqquşdu: ölən və yaralılar var

HADİSƏ

01 Mart 2022 | 00:50 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıtda iki maşın toqquşdu: ölən və yaralılar var

Sumqayıtda "Mercedes" markalı avtomobil ilə yük maşını toqquşub, ölən və yaralılar var.

Bakıvaxtı.az-ın APA-ya istinadla məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markal minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Ağır qəza nəticəsində minik avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Adışov Əliş Qarakişi oğlu hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilində olan sərnişinlər - 1986-cı il təvəllüdlü Həsənova Sevinc Zeyibşah qızı, 1971-ci il təvəllüdlü İsakova Gülarə Minacəddin qızı,1972-ci il təvəllüdlü İsakova Lətifə Lətif qızı müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Daha bir nəfər 1991-ci il təvəllüdlü İsakov Şəhriyar Bəxtiyar oğluna isə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Qəzada ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026