• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sumqayıtda qadın həyat yoldaşı tərəfindən öldürüldü

HADİSƏ

26 Iyun 2023 | 18:37

Sumqayıtda qadın həyat yoldaşı tərəfindən öldürüldü

İyunun 26-da Sumqayıt şəhəri ərazisində 1987-ci il təvəllüdlü Leyla Muradovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, aparılmış araşdırma zamanı 1993-cü il təvəllüdlü Balafər Muradovun aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Muradovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Balafər Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq tədbirləri davam edir.

***
İyunun 26-də saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026