Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, dekabrın 26-da daha dörd qarşılaşma baş tutub.
“Alanyaspor” - “Fatih Karagümrük”, “Göztəpə” - “Adana Dəmirspor” matçlarında qalib müəyyənləşməyib. “Rizəspor” doğma meydanda “Qaziantep”ə məğlub olub.
“Fənərbağça” isə evdə “Yeni Malatyaspor”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib.
Türkiyə Super Liqası
XIX tur
26 dekabr
Rizəspor – Qaziantep 0:1
Qol: Maksim, 44-pen.
Alanyaspor – Fatih Karagümrük 1:1
Qollar: Bekiroğlu, 54 – Peşiç, 70.
Göztəpə – Adana Dəmirspor 1:1
Qollar: Rassul, 78-öz qapısına – Balotelli, 16.
Fənərbağça – Yeni Malatyaspor 2:0
Qollar: Novak, 10. Pelkas, 73.
25 dekabr
Kasımpaşa – Altay 2:0
Qollar: Donk, 34. U.Bozok, 88.
Girəsunspor – Hatayspor 0:1
Qol: Əl Kaabi, 81.
Qalatasaray – Antalyaspor 2:0
Qollar: Fequli, 45+1. K.Aktürkoğlu, 52.
Trabzonspor – Başakşəhər 0:0
27 dekabr
21:00. Kayserispor – Sivasspor
21:00. Konyaspor – Beşiktaş
















