• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Surət Hüseynova görə tutulan şəxs həbsdə ÖLDÜ

CƏMİYYƏT

02 Fevral 2022 | 17:01 | Müəllif: Subhan Mahmudov

Surət Hüseynova görə tutulan şəxs həbsdə ÖLDÜ

Bakıda daha bir məhkum ölüb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən ömürlük məhkum Elşad Teyyub oğlu Mustafayev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, E. Mustafayev 1993-cü ildə Gəncə hadisələri ilə bağlı, sabiq baş nazir Surət Hüseynovun işi üzrə həbs olunub.

Məlumata görə, E. Mustafayevin də üzvü olduğu dəstə 1993-cü ildə Samux rayon prokuroru Şəmşir Əliyevin güllələnməsində iştirak edib. Onu da qeyd edək ki, E. Mustafayevin atası Teyyub Mustafayev o zaman Samuxun icra başçısı olub. Həmin hadisələrdən sonra o da saxlanılıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026