• Bakı 22° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Suriyada, Ukraynada qarşı-qarşı olan dövlətlər Ermənistanda birləşiblər" 

CƏMİYYƏT

08 Sentyabr 2023 | 17:20

"Suriyada, Ukraynada qarşı-qarşı olan dövlətlər Ermənistanda birləşiblər"

“Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Amma elə təsəvvür yaradır ki, problemin sülh yolu ilə həll olunmasında maraqlıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli son günlər Ermənistan-Azərbaycan şərti sərhədində artan gərginliyi şərh edərkən bildirib.

O qeyd edib ki,  Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ziddiyyətli bəyantlar verir: “Paşinyan səhər başqa, axşam başqadır. O bir gün ərzində fərqli və ziddiyyətli çıxışlar edir. Biz 44 günlük müharibədən sonra Ermənistanın ağlını başına yığacağını düşünürdük. Bəzilər “Böyük Ermənistan” xəstəliyinə yoluxub, hələ də sağalmayıb. Gönür, onların başına yenidən “Dəmir Yumur” dəyməlidir”.

Ekspert bildirib ki, Cənubi Qafqazda Rusiyanın, Amerikanın, Fransanın və İranın maraqları var. Ukraynada, Suriyada və digər ərazilərdə olan münaqişələrdə bir-birinə qarşı olan və zidd mövqedən çıxış edən dövlətlər Ermənistanla bağlı məsələdə bir mövqedən çıxış edirlər: “Sanki onların çıxış bir şəxsin qələmilə yazılıb.  Ermənistan və onun havadarı olan dövlətlər Qarabağda yaşayan ermənilərin blokada da olduğunu və humanitar böhranın olduğunu deyirlər. Amma Ağdam-Xankəndi yolunda humanitar yardım olan yük maşınlarını qəbul etmirlər.

Onu da deyim ki, 30 ildən artıqdır ki, Navçıxan blokadadır. Niyə Amerika, Fransa, İran və Rusiya Naxçıvanın blokadada olmasına reaksiya vermir? Naxçıvanda enerji, qida böhranı olduğu zamanlarda belə adını qeyd etdiyim dövlətlər bu vəziyyəti sakit müşahidə ediblər”.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026