• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başlayacaq

SİYASƏT

02 Avqust 2022 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başlayacaq

Bu gün Diaspor Gənclərinin III Yay Düşərgəsi başlayacaq.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Məlumata görə, Şuşada reallaşacaq düşərgə avqustun 8-dək davam edəcək.

İlk dəfə vətənə gələn gənclər bu gün Şuşaya yola düşüblər.

Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri Şuşaya çatanadək erməni silahlı biləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-abadlıq işlərinin şahidi olacaqlar.

Qeyd edək ki, bu layihə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində həyata keçirilir. Düşərgənin tərəfdaşları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.

Düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizdə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşlər daxildir. Əyləncəli proqramların və intellektual oyunların təşkili də nəzərdə tutulub.

Ramid İbrahimov


Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başlayacaq
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026