• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İranda temperatur 50 dərəcəni keçdi

CƏMİYYƏT

04 Avqust 2023 | 00:38 | Müəllif: Subhan Mahmudov

İranda temperatur 50 dərəcəni keçdi

İranda havanın temperaturu 50 dərəcəni keçib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Xuzistan Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, İranın cənub-qərbindəki Xuzistan əyalətinin 8 şəhərində termometrlər 50 dərəcədən yuxarı qalxıb.

Buna uyğun olaraq havanın temperaturu Ümidiyedə 51,8, Şuşda 51,5, Abadanda 51,3, Bostanda 51,2, Dezfulda 50,8, Əhvaz, Ramhürmüz və Mahşəhrdə 50, 2 dərəcə ilə ölçülüb.

Hava şəraiti ilə əlaqədar son 24 saat ərzində xəstəxanalara 16 nəfər müraciət edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026