• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Teatr bu aktyorlarla bağlı açıqlama yaydı

CƏMİYYƏT

09 Dekabr 2022 | 15:31

Teatr bu aktyorlarla bağlı açıqlama yaydı

Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın Akademik Milli Dram Teatrında işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Məsələyə münasibət bildirən Mədəniyyət Nazirliyi mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxmasının nəzərdə tutulduğunu vurğulayıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı "Azdrama"nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, adıgedən sənət adamlarının teatrdakı fəaliyyəti davam edir.

"Dünən yayılan xəbərlə bağlı açıqlama vermişik. Təəssüf ki, sosial şəbəkələrdə yanlış rəy yaratmaq istəyənlər var. İnsanları çaşdırırlar. 
Yayılan xəbər doğru deyil. Adı çəkilən sənətkarlar teatrda öz işlərini davam edirlər. Onları xalq sevir, Azərbaycan teatrı üçün dəyərlidirlər. Yaşı 65-i keçən heç kim işdən çıxarılmayıb, heç kim yarımştata keçirilməyib. Akademik Milli Dram Teatrının hər bir aktyoru ştat cədvəli üzrə maaş alır" deyə, yazıda bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026