• Bakı 23° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.9559

    RUB - 2.1627

Tehranda mitinq keçirilib - Trampın açıqlamaları pislənib

SİYASƏT

18 Iyun 2025 | 11:40

Tehranda mitinq keçirilib - Trampın açıqlamaları pislənib

Onlarla iranlı Tehranın mərkəzinə toplaşaraq, ABŞ prezidenti Donald Trampın İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə qarşı son açıqlamalarını pisləyib və İsrailin bölgədə davam edən təcavüzünə etiraz ediblər.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu gün Tehranın Fələstin meydanında  etiraz aksiyası keçirilib.

Nümayişçilər Donald Trampın İslam İnqilabının Rəhbərini hədəf alması ilə bağlı son açıqlamasına etiraz ediblər.

Əllərində İran bayraqları və Rəhbərin portretləri olan vətəndaşlar Vaşinqtonun İranın daxili işlərinə davamlı müdaxiləsini pisləyən şüarlar səsləniriblər.

Etirazçılar həmçinin İsrail rejimini İranda törətdiyi cinayət və terror aktlarına görə sərt şəkildə qınayıblar. 

Gülşən Şərif


SON XƏBƏRLƏR