Elm və təhsil naziri Emin Əmrullayev 23 avqust tarixində Şamaxı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda Şamaxı, Qobustan, Ağsu və İsmayıllı rayon sakinləri iştirak edə bilərlər.
Adları çəkilən rayonların sakinləri 15 avqust (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər.
















