• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Təmirdən çıxan avtomobil yolunda BÖHRAN

CƏMİYYƏT

18 Avqust 2021 | 16:19

Təmirdən çıxan avtomobil yolunda BÖHRAN

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) cari ilin İnvestisiya Proqramına uyğun olaraq rayonun Bakıxanov qəsəbəsində 3.1 km uzunluğa malik Bəşir Bünyadov küçəsində aparılan təmir-tikinti işləri yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, yolda normanın pozulması hərəkəti iştirakçılarının diqqətini cəlb edib.

Belə ki, yolda səki birdən-birə bitir. Təmirdən çıxan və təhvil verilən küçədə onsuzda çox dar olan səki yarımçıq bitir.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, Bakı şəhəri daxilində küçə və yolların təmiri zamanı yeni piyada səkilərinin inşası, ümumiyyətlə hərəkətin təşkili və təhlükəsizlik məsələləri birbaşa olaraq Bakı Nəqliyyat Agentliyinin layihəsi əsasında icra olunur: “Sözügedən ərazidə də yaxın müddət ərzində təqdim olunacaq layihə əsasında yeni piyada səkinin və parkinq zolağının inşası nəzərdə tutulur”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026