• Bakı C

    8.67 m/s

Tennisçilərimiz Türkiyədəki turniri 3 medalla başa vurublar

İDMAN

16 Fevral 2025 | 01:00

Tennisçilərimiz Türkiyədəki turniri 3 medalla başa vurublar

Türkiyənin Nevşehir şəhərində təşkil olunan “WTT Youth Contender” turnirinə yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, yarışın son günündə U-15 kateqoriyasının şəxsi turnirində mübarizə aparan Onur Quluzadə Azərbaycan millisinin aktivinə daha bir medal yazdırıb.

Yarımfinalda Türkiyə təmsilçisi Kenan Kahramanla qarşılaşan Onur gərgin keçən görüşdə 2-3 hesabı ilə uduzaraq bürünc mukafatla kifayətlənib.

Xatırladaq ki, Onur Quluzadə turnirin U-17 kateqoriyasında da fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı. Qarışıq-qoşa yarışında isə Onur Quluzadə ilə Yağmur Məmmədli U-15 kateqoriyasında baş mükafata layiq görülmüşdü.


SON XƏBƏRLƏR

18 Fevral 2025