• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Tətildən sonra uşaqları dərsə necə alışdıraq? 

CƏMİYYƏT

21 Sentyabr 2023 | 16:53 | Müəllif: Qalib İbrahimoğlu

Tətildən sonra uşaqları dərsə necə alışdıraq?

Artıq bir neçə gündür yeni tədris ilinə start verilib. Lakin əksər şagirdlər hələ də tətilin təsirindən çıxa bilmir, məktəbə, sinifə, sinif yoldaşlarına və dərslərə adaptasiya olmanmaqda çətinlik çəkirlər. Övladlarımızı dərslərə necə cəlb edə bilərik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq, psixoterapevt Elmir Əkbər bildirib ki,  bu il kifayət qədər uşaqlarda məktəbə getməklə bağlı problem yaşanır. Bununla bağlı valideynlərə tövsiyələr verən psixoloqa görə, ümumiyyətlə, bu məsələ uşaq 3 yaşında olanda, - bağçaya gedəndə həll edilməlidir: “Bağçaya getmək də hər bir uşaq üçün mütləqdir və vacibdir. Uşaqların sosiallaşma problemini aradan qaldırmaq, öz həmyaşıdları ilə dil tapa bilməkləri üçün və s”. Uşaqların məktəbə gedərkən yaşadığı problemlərə gəlincə, müsahibimiz qeyd edib ki, burada sırf fərdi yanaşmaq lazımdır: “Əvvəlcə analiz aparırıq. Yəni, uşağın ailəsi haqqında, ailədaxili münasibətlər haqqında müəyyən bilgilər toplanır. İkinci addım kimi, uşağın psixoloji portretinin hazırlanmasıdır ki, uşaq hansı psixotipə malikdir. Məsələn nümayişkəranə xarakterə malik, koversion simptomlara malik olan uşaqlarla bir başqa işlənilir. Valideynlərə tövsiyə edirik ki, həmin uşaqların "qara qışqırığı”na əhəmiyyət verməsinlər. Çünki, ona məhəl qoyduqda uşaq səs-küyü, ağlamağı daha da artırır".

E.Əkbərin fikrincə, sensitiv uşaqlarla isə tam əksinə kontakt qurmaq lazımdır. Valideyn onlarla danışmalı, zaman keçirməli, mümkün qədər gəzdirməlidir: "Hətta məktəblərdə ilk günlərdə valideyin gedib əyləşməlidir. Onun yanında olmalıdır ki, uşaq əmin olsun məktəb güvənilir, hüzurlu yerdir. İtirmək qorxusu olan uşaqlar isə tamam başqa cür iş tələb edir. Onları zamanla alışdırmaq lazımdır”.

Elmir Əkbər: psixoloq, psixoterapevt

Müsahibimiz qeyd edib ki, eyni zamanda uşaqda məsuliyyət prinsipini aşılamaq da çox vacibdir. 6-7 yaşdan sonra məsuliyyətin daha ciddi dərk olunduğu bir dövrdür. Ona görə valideynlər diqqətli davranmalı və bunu uşağa aşılmalıdır: “Məsələn, uşaq özünə aid olan işləri özü görsün. Tutaq ki, yemək yedi, qabını özü stoldan götürsün, yaxud oyananda yerini özü səliqəyə salmağa çalışsın və s".

Psixoloq əlavə edib ki, bütün bunlarla yanaşı məktəbə getməzdən əvvəl məktəbi çox maraqlı, əyləncəli bir yer kimi uşağa nümayiş etdirmək lazımdır. Məktəbi uşağa sevdirmək lazımdır ki, uşaqda oxumaq həvəsi də zamanla yaransın.

Həmsöhbətimiz bildirib ki, günün çox hissəsini asan əldə edilən əyləncə vasitələri, telefonla, kompüterlə, planşetlə keçirən uşağa dərsi, məktəbi maraqlandırmaq çətin olur. Çünki, o oyunlar bir növ asılılıqdır. Bunun üçün xüsusi terapevtik iş aparmaq lazımdır. Və zamanla bu zərərli vərdişdən uzaqlaşdırmaq lazımdır:

"Yuxu rejimi də qaydasına qoyulmalıdır. Uşağa məktəbdə həmyaşıdları ilə dost olmağı, yaxınlaşmağı aşılamaq lazımdır. Şizoid xarakterə malik uşaqlar təbii ki, buna daha az meyilli olurlar. Bu prosesdə həmçinin məktəb müəllimləri və rəhbərləri də kömək etməlidir. Xüsusi xarakterə malik uşaqlara danışmalı, işlər aparmalı və bir tədbir görülməlidir", - deyə Elmir Əkbər qeyd edib.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR