• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Timsah balıq tutan yeniyetmənin başını qoparıb

DÜNYA

11 Avqust 2022 | 10:07 | Müəllif: Subhan Mahmudov

Timsah balıq tutan yeniyetmənin başını qoparıb

İndoneziyanın Ternate şəhərində timsah yeniyetməyə hücum edib, onun qollarını və başını dişləyib.

Bakıvaxtı.az xəbər verir ki,15 yaşlı Fərcan İdham adlı yeniyetmə Tolir gölündə balıq tutduğu zaman timsah ona hücum edib. Yırtıcı yeniyetməni dərhal suya sürükləyib.

Dostları onu xilas etməyə çalışsalar da, nəhəng yırtıcıdan qorxublar. Hadisədən sonra Tolir gölünə turistlərin ziyarəti qadağan olunub.

Yeniyetmənin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarına başlanıb. Nəticədə meyiti tapılıb. Onun başı bədənindən ayrılmış, qolları qopmuş vəziyyətdə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR