• Bakı 28° C

    9.04 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Tofiq Zülfüqarov: Ermənistanla diplomatik münasibətlərin bərpası 1 ildən çox çəkə bilər

SİYASƏT

12 Avqust 2025 | 11:03

Tofiq Zülfüqarov: Ermənistanla diplomatik münasibətlərin bərpası 1 ildən çox çəkə bilər

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan diplomatik münasibətlərin qurulması prosedurunu müzakirə edir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin ratifikasiyası tamamlandıqdan sonra tərəflər müəyyən edilmiş müddət ərzində diplomatik münasibətlər quracaq.

Sənədə əsasən, bu proses 1961-ci il Diplomatik münasibətlər və 1963-cü il Konsulluq münasibətləri haqqında Vyana Konvensiyalarının müddəalarına uyğun həyata keçiriləcək.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov proseslərlə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, sənədlər hələ qəbul olunmayıb və Ermənistanda Konstitusiyaya dəyişiklik edilməlidir.

O əlavə edib ki, öhdəliklərin qəbulundan sonra ən azı bir il müddətində proses davam edəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR