• Bakı C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Tom Kruz nə qədər qonorar alacaq? - DODAQUÇUQLADAN RƏQƏM

DÜNYA

27 Iyun 2022 | 01:29

Tom Kruz nə qədər qonorar alacaq? - DODAQUÇUQLADAN RƏQƏM

Hollivud ulduzu Tom Kruzun “Top Gun: Maverick” filmində ifa etdiyi rola görə  100-200 milyon dollar arasında qonorar ala bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, aktyorun filmdən qazancı iki hissədən ibarətdir: Çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faiz. “Top Gun: Maverick” ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb (oxu.az) Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

Qeyd edək ki, filmin dünya premyerası 75-ci Kann Film Festivalında olub. Tədbirdə 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.


SON XƏBƏRLƏR

28 Mart 2024