• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu - VİDEO

CƏMİYYƏT

21 Mart 2021 | 09:33

Tovuzda ağır qəza: Üç nəfər xəstəxanalıq oldu - VİDEO

Tovuzda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin qərb müxbiri xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində olub.

Qəza nəticəsində “Changan” və “VAZ 2106” markalı minik avtomobilləri toqquşublar.

Toqquşmanın təsiri ilə “VAZ 2106” əsaslı dərəcədə deformasiyaya uğrayıb. Avtomobildə olan üç nəfər isə yaralanıb.

Təcili xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyəti ağırdır. Digər ikisi isə ambulator müalicə üçün xəstəxanadan evə buraxılıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR