• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Trabzonspor" 38 ildən sonra çempion oldu

İDMAN

30 Aprel 2022 | 23:56 | Müəllif: Qalib İbrahimoğlu

"Trabzonspor" 38 ildən sonra çempion oldu

Superliqaya uzun müddətdir liderlik edən və ən yaxın izləyicisi ilə 11 xal fərqi olan “Trabzonspor” 35-ci həftədə “Antalyaspor”u qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, "Trabzonspor"a çempionluq üçün ən azı 1 xal kifayət edirdi.

"Trabzonspor" matçın 3-cü dəqiqəsində Korneliusun qolu ilə 1-0 önə keçdi. İlk hissə elə bu hesabla başa çatıb. "Antalyaspor" ikinci yarıya daha əzmlə başladı. Ndao 51-ci dəqiqədə hesabı bərabərləşdirid: 1-1.

Bu dəfə Nuri Şahinin komandası penaltidən fərqlənib. 62-ci ildə "Trabzonspor" Dorukhan Toközlə yenidən önə keçdi: 2-1.

80-ci dəqiqədə Hacı Rayt  fərlənərəq, hesabı 2-2 edib.

Matçın bitməsinə 2 dəqiqə qalmış “Trabzonspor” azarkeşləri meydana daxil olduqdan sonra oyun qısa müddətə dayanıb. Edilən açıqlamalardan sonra azarkeşlər yenidən tribunalara qayıdıb.

Mübarizənin qalan dəqiqələrində qapılara top vurulmayıb. Beləliklə, "Trabzonspor" istədiyi nəticəni  əldə edərək Super Liqada 2021-2022 mövsümünün çempionu olub.

 

Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR