"İlon Mask ABŞ-dən kənarda doğulub".
Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bunu "AmericaFest" konfransında çıxışı zamanı ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib.
Tramp onun yerinə iş adamı İlon Maskın dövlət başçısı vəzifəsini icra edəcəyindən qorxmadığını bildirib.
"İlon Mask prezident olmayacaq. Bilirsiniz, niyə? Çünki bu ölkədə doğulmayıb", - deyə yeni prezident vurğulayıb.
Qeyd edək ki, İlon Musk 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb. Amerika Konstitusiyası ABŞ-dən kənarda doğulmuş vətəndaşların prezidentliyə namizəd olmasına icazə vermir.
Gülşən Şərif