• Bakı 30° C

    5.13 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Tramp İsraili yeni hücumlardan çəkinməyə çağırıb

SİYASƏT

09 Iyun 2026 | 16:24

Tramp İsraili yeni hücumlardan çəkinməyə çağırıb

İran və İsrail arasında aprelin 8-dən qüvvədə olan kövrək atəşkəs pozulmasa da, bölgədə gərginlik yüksək olaraq qalır.

Bakıvaxtı.az-ın “Axios” nəşrinə istinadən məlumatına görə, Tehran İsrailin, o cümlədən Livana qarşı hücumlarını davam etdirməsi halında döyüşlərin yenidən başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Atəşkəs həmçinin İsrail və ABŞ arasında artan fikir ayrılıqları fonunda təzyiq altındadır.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığında onu “ehtiyatlı olmağa” çağıraraq, davam edən hücumların atəşkəsi təhlükə altına sala biləcəyini bildirib.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə İsrailin təkrar pozuntularının qarşılıqlı etimad yaratmaq niyyətinin olmadığını göstərdiyini deyib. O vurğulayıb ki, mövcud atəşkəs olduqca kövrəkdir və hər an pozula bilər.

Fatimə İbrahimova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026
24 Iyul 2026