• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Tramp Zelenskini andiçməsinə dəvət etmədi

DÜNYA

16 Dekabr 2024 | 22:17 | Müəllif: Subhan Mahmudov

Tramp Zelenskini andiçməsinə dəvət etmədi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini andiçmə mərasiminə dəvət etməyib. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp Floridadakı Mar-a-Laqo malikanəsində noyabr seçkilərində qalib gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

"Ancaq o, gəlmək istəsə, onu qəbul etmək istərdim. Yəni, onu dəvət etməmişəm", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Çin prezidenti Si Cinpinin bu mərasimdə iştirak edib-etməyəcəyini də deyə bilməz. 

Qeyd edək ki, Trampın andiçməsi 2025-ci il yanvarın 20-də keçiriləcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026