ABŞ Prezidenti Donald Tramp müharibə əleyhinə çıxış edən Roma Papası XIV Leonu tənqid atəşinə tutub.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən vetrdiyi xəbərə görə, Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasının normal olduğunu düşünən bir Papa istəmir:
"Və mən ABŞ prezidentini tənqid edən bir Papa istəmirəm, çünki mən hansı missiya üçün seçilmişəsmsə, həmin işi görürəm".
Bundan başqa, Donald Tramp XIV Leonu İranın nüvə silahı proqramını dəstəkləməkdə, yanvar ayında Venesuelada Amerika hərbi əməliyyatına qarşı çıxmaqda və keçmiş Demokrat prezident Barak Obamanın tərəfdarları ilə görüşməkdə, eləcə də digər məsələlərdə günahlandırıb.
Qeyd edək ki, Papa Romadakı Müqəddəs Pyotr Bazilikasında sülh üçün keçirilən dua zamanı dünyanı sülhə çağırıb:
"Özünə və pula bütpərəstliyi dayandırın! Güc nümayişlərini kəsin! Müharibələrə son deyin! Əsl güc həyata xidmət etməkdə özünü göstərir".
Aydın Baxış
Bakı 




