“Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərakatına sədrlik etdi”.
Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Milli Məclisin İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünə həsr olunmuş iclasında Tural Gəncəliyev deyib.
“Azərbaycan həm ərazi böyüklüyü, həm də əhali sayına görə, bəlkə də, digər ölkələrlə müqayisə edilmir. Ancaq qazandığı qələbələrə görə, bütün dünyanın mərkəzindədir. Bu gün bir çox ölkənin çatışmayan cəhəti məhz güclü liderlərinin olmamasıdır. Güclü lider olmasa, məqsədlərə çatmaq olmaz.Allaha həmd olsun, belə güclü liderimiz var. Azərbaycan prezidentinə təşəkkür edirəm ki, doğulduğum Xankəndini, boya-başa çatdığım Şuşanı bizə qaytardı”.
Aytac Aslan
















