• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Tural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLAR

MƏDƏNİYYƏT

08 May 2023 | 14:03

Tural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLAR

"Avroviziya 2023" təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşlarının ötən gün yarışmanın açılış mərasimində olan tərzi müzakirələrə səbəb olub. 

Bakıvaxtı.az xəbər verir ki, qardaşların saç düzümü və makiyajı ilə bağlı müxtəlif bənzətmələr yazılıb. 

Modelyer Şəlalə Qurbanova paylaşımında əkizləri "Azərbaycanın Konçitaları" adlandırıb.

Digər bir şərhlərdə isə ifaçıların tərzi rejissor Tom Huperin 2015-ci ildə təqdim etdiyi "Danimarkalı qız" filmindəki baş qəhrəman Lili Elbeyə (aktyor Eddi Redmeyn canlandırıb - red.) bənzədilib. Ən çox da Tural və Turanın saç düzümünün Lilinin eynisi olduğu bildirilib. 

Maraqlısı isə odur ki, sosial şəbəkədə azərbaycanlılar müğənnilərin tərzini tənqid etsə də, xaricilər təriflər yazıblar. Hətta yazılan şərhlər arasında "Avroviziya" iştirakçıları arasında ən gözəl geyinən onlardır" sözlərini qeyd edənlər də olub.


Tural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLARTural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLARTural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLARTural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLARTural və Turanı məşhur filmdəki obraza bənzətdilər - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026