• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türk xalqları və dövlətlərinin tarixinə aid yeni kitab

CƏMİYYƏT

21 Avqust 2024 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Türk xalqları və dövlətlərinin tarixinə aid yeni kitab

ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun müəllifliyi ilə yeni tarix dərsliyi işıq üzü görüb.

Bakıvaxtı.az-ın məlumatına görə, türk xalqları və dövlətlərinin tarixindən bəhz edən dərslik “Azərnəşr” də yığılaraq  “Şərq-Qərb” mətbəəsində çapdan çıxıb. İki  cilddən ibarət kitabın ön sözünün müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevdir.

Kitabın birinci cildində türk xalqları və dövlətləri tarixinin qədim və orta əsrlər, ikinci cilddə isə yeni və müasir dövrləri əks olunub. Türk xalqları və dövlətlərinin qədim və orta əsrlər dövrünə aid mübahisəli məsələlərin mövcudluğu şəraitində yazılmış dərslik ümumiləşdirilmiş əsər olmaq etibarilə ən qədim dövrdən müasir dövrə qədərki hadisələri incəliklərinə qədər əhatə etməkdədir. Dərslik vasitəsilə tələbələrimiz qədim türklərin çoxminillik etnik və dövlətçilik tarixi, təsərrüfat həyatı və mədəniyyəti, bəşər tarixindəki mühüm rolu ilə tanış olacaqlar.

Həmçinin dərslik mövcud tədqiqatlara, o cümlədən ilkin mənbələrə, elmi araşdırmalar və ümumiləşdirilmiş əsərlərə əsaslanmaqla tədqiqat səviyyəsində yazılıb.

Kitabın hazırlanmasında əsas məqsəd türk xalqları və dövlətlərinin tarixini qərəzsiz və olduğu kimi tələbələrə çatdırmaq, bu tarix haqqında mövcud olan müxtəlif yanaşmalar haqqında məlumat verməkdir. Dərslik tarix müəllimləri, ali məktəb tələbələri, magistrlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Dərsliyin elmi redaktoru, ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Sevinc Əliyevadır. BDU-nun Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, prof. Əsməd Muxtarov, Türkiyənin Ege Universitetinin professoru Prof. Dr. Osman Karatay , Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Qabil Bəşirov və Azərbaycan Milli Tarix Muzeyinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhman Ağayev tərəfindən kitaba rəylər verilib.


Türk xalqları və dövlətlərinin tarixinə aid yeni kitab
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR