• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkandan ETİRAF: “Heç bir kişiyə möhtacım olmayıb”

MƏDƏNİYYƏT

26 Fevral 2024 | 14:07

Türkandan ETİRAF: “Heç bir kişiyə möhtacım olmayıb”

“Mən anamla elə bir evlərdə yaşamışam ki, soyuqda orada donmuşuq. Pəncərələri “kulyonka” ilə bağlamışıq. Amma o evlərdə qalmışıq”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə “Dəyişən cavab” verilişində deyib.

Vəlizadə onu tənqid edənlərdən də söz salıb:

“Bu gün mənə çıxıb kimsə deyəndə ki, “nə oxuyursan, uçurumdur” və s... Sizin, ümumiyyətlə heç kimin ixtiyarı yoxdur mənə nəsə deməyə. Mən əziyyətlə bu sənətə və bu pilləyə gəlmişəm. Bu gün gedin oxuyun, işləyin, çalışın o pulu qazanın”.

Türkan qarşı cinsdən heç kimə ehtiyacının olmadığını deyib:

“Bu günə kimi heç bir kişiyə möhtac olmamışam. Heç kim deyə bilməz ki, Türkana mən baxmışam, evini mən almışam. İllərlə çalışdım... Elə bir yerdə Allah mənə ev nəsib etdi ki, şəhərin gözəl yerində... Hər mənəm-mənəm deyən insan orada ev ala bilməz”.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026