“Türk lirəsinin dəyər itirməsindəki sürət ötənilki sıçrayışa nisbətdə bir qədər aşağıdır. Yeni hökumətlə bağlı xəbərlər maliyyə çevrələrini gözləmə mövqeyinə salmışdı”.
Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında analitik Elxan Həsənli deyib. Onun sözlərinə görə, burada əsas diqqət yeni xəzinə və maliyyə nazirinə yönəlib.
Analitik Mehmet Şimşeyin 2007-ci ildən Türkiyə hökumətində maliyyə naziri postunu tutduğunu deyib:
“Hökumət içərisindəki mübahisələr üzündən 2018-ci ildə istefa verməyə məcbur olub. Onun istefasından sonra türk lirəsinin katastrofik enişi başladı. Şimşek nazir olduğu illərdə türk lirəsini 10 il ərzində sabit saxlamaqla bərabər Qərb investisiyalarını Türkiyəyə yönləndirməklə yadda qalıb. Onun istefa verdiyi günün sabahı bütün investisiyalar çəkildi və lirəyə zərbə dəydi. Kürdəsilli Mehmet Şimşek 8 qardaşın içərisində təhsil ala bilmiş yeganə şəxsdir. İngilis və türk vətəndaşlığı var”.
“Bank of America”nın aparıcı strateqlərindən biri olan Mehmet Şimşeki maliyyə çevrələrində “Mister Garant” ləqəbi ilə də çağırırlar. Onun adı olduğu yerlərə investorlar düşünmədən gedirlər:
Nazirin iqtisadiyyat sahəsi ilə bağlı tam səlahiyyəti olacaq. Onun qarşısında duran əsas vəzifə Qərbin maliyyə çevrələri ilə əlaqələri genişləndirmək və Amerika maliyyəsini Türkiyəyə cəlb etməkdir. Vaşinqton bunun əvəzində Ankaradan nə istəyəcək? Təbii ki Kremldəki dostunun başını. Amma bu istəyin Ərdoğan tərəfindən qəbul olunması mümkün deyil. Ona görə də Türkiyə iqtisadiyyatındakı problemlərin həlli üçün Mehmet Şimşekdən çox şey asılıdır”.
Cavad







-4968966129jpg-1688642201.webp)







