• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Türkiyə MB faiz dərəcəsini yenə endirdi

İQTİSADİYYAT

23 Yanvar 2025 | 21:34 | Müəllif: Subhan Mahmudov

Türkiyə MB faiz dərəcəsini yenə endirdi

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47,5%-dən 45%-ə endirib.

Bakıvaxtı.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə bankın saytında məlumat verilib.

2024-cü ilin dekabr ayının sonunda Türkiyə Mərkəzi Bankı əsas dərəcəsini demək olar ki, iki ildən sonra ilk dəfə - 50%-dən 47,5%-ə endirmişdi.

Türkiyə Mərkəzi Bankı 2024-cü ilin mart ayından etibarən əsas faiz dərəcəsini 50% səviyyəsində saxlamışdı.

Türkiyədə illik inflyasiya dekabrın sonunda bir ay əvvəlki 47,09%-dən 44,38%-ə enib.

Yada salaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl ölkənin yüksək inflyasiyanın davamlı və əhəmiyyətli dərəcədə azalma dövrünə qədəm qoyduğunu bəyan etmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026