Türkiyənin Şanlıurfa sərhədində hücuma cəhd edən 4 PKK/YPG terrorçusu zərərsizləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda "Pəncə-Şimşək" əməliyyat zonasında 2 terrorçunun, "Sülh çeşməsi" zonasında isə hücuma cəhd edən 4 terrorçunun öldürüldüyü qeyd olunub.
















