• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalandı

DÜNYA

12 Oktyabr 2022 | 17:24

Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalandı

Türkiyə və Qazaxıstan arasında 6 sənəd imzalanıb.

Bakıvaxtı.az  “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Qazaxıstanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında sənədlərin imzalanması tədrbirindən sonra keçirilən mətbuat konfransında bildirib.

O, Qazaxıstanın birinci dərəcəli “Dostluq” dövlət nişanı ilə təltif olunmasını “sürpriz” adlandırıb: “Bu mənim üçün çox fərqli bir sürpriz oldu”.

Türkiyə lideri iki ölkə arasında əməkdaşlığın dərinləşməsindən danışaraq bu gün 6 müqavilə imzaladıqlarını söyləyib: “Ümumilikdə ölkələrimiz arasında imzalanan müqavilələrin sayı 20-yə çatıdı”.

Ərdoğan deyib ki, Türkiyə ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi ötən il 5 milyard dollar səviyyəsini aşıb: “Hədəfimiz 10 milyard dollara doğru əmin addımlarla irəliləyirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026