• Bakı 31° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Türkiyədə 65 nəfər koronavirusdan vəfat edib

DÜNYA

03 Mart 2021 | 22:18

Türkiyədə 65 nəfər koronavirusdan vəfat edib

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 65 ölüm faktı qeydə alınıb. 

 “Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 138.018 nəfərin koronavirus testi yoxlanılıb.

Onlardan 11.520 nəfərin cavabı pozitiv çıxıb. 7191 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Beləliklə, indiyədək Türkiyədə edilən testlərin sayı 33.578.861-ə çatıb. Yoluxanların sayı 2.734.836, sağalanların sayı 2.593.264, ölənlərin sayı isə 28.771 nəfərədək yüksəlib.

Hazırda ölkədə koronavirusa yoluxmuş 1224 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026