• Bakı 26° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Türkiyədə dollarla bağlı ŞOK QƏRAR: Faiz tutulacaq

İQTİSADİYYAT

08 Dekabr 2024 | 23:24

Türkiyədə dollarla bağlı ŞOK QƏRAR: Faiz tutulacaq

Bazarda saxta 50 və 100 dollarlıq əskinaslar dövriyyəyə buraxıldıqdan sonra valyutanın ürəyi olan Qapalı Çarşıda tarixində ilk dəfə dollar dəyişdirəcək şəxslərdən "sığorta komissiyası" alınmağa başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyədə bazarlar, bir çox valyutadəyişmə məntəqələri saxta dollar təhlükəsi səbəbindən 50 və 100 dollarlıq əskinasları yalnız endirimlə qəbul edirlər.

Türkiyədə tədavülə buraxılan saxta dollar əskinaslarının ardınca bir çox valyutadəyişmə məntəqələri, banklar və bankomatlar 50 və 100 dollarlıq əskinasların alışını məhdudlaşdırdıqlarını açıqlayıb.

Yalnız yeni seriyalı pul vahidləri alan qurumlar bazarda dövriyyəyə buraxılan saxta dollarların pul sayan maşınlardan və ya bənövşəyi işıqlardan keçə biləcəyini, bu vəziyyət düzələnə qədər alış əməliyyatı həyata keçirməyəcəklərini bildiriblər.

Qapalı Çarşıda bir çox valyutadəyişmə məntəqələri bu həftədən etibarən 50 və 100 dollarlıq əskinasları qəbul etməyə başlasa da, valyuta dəyişdirəcək şəxslərdən komissiya alırlar.

Türkiyə tarixində ilk dəfə olaraq əskinasların saxta olduğu üzə çıxacağı halda komissiya ödəməli olan vətəndaşlar hər 50 dollarlıq əskinas üçün 1,5 dollar, 100 dollarlıq əskinas üçün isə 3 dollar endirimə razılıq verməlidirlər. Təcili nağd pula ehtiyacı olan vətəndaşlar tərəfindən ümidsiz şəkildə qəbul edilən bu komissiya dərəcələri bazardan kənarda populyarlaşsa da, banklar və bankomatlar 2009-cu ildən əvvəl çap olunmuş 50 və 100 dollarlıq xarici valyutanı qəbul etməməkdə davam edir./Milli.az


SON XƏBƏRLƏR

10 Iyun 2025