• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyədə Mərmərə gölü quruyub - FOTO

GÜNDƏM

15 Avqust 2021 | 17:09 | Müəllif: Subhan Mahmudov

Türkiyədə Mərmərə gölü quruyub - FOTO

Türkiyənin Manisa vilayətindəki Mərmərə gölü quruyub.

Bakıvaxtı.az xəbər verir ki, 150 milyon kubmetr tutumu olan gölün suyu ölkədəki rekord istilər səbəbindən buxarlanıb.

Bildirilib ki, gölün quruması ətraf kənd və qəsəbələrdə yaşayan yerli sakinlər üçün əsl fəlakətə çevrilib. Belə ki, su hövzəsi həm əkin sahələrinin suvarılması, həm də əhalinin dəniz məhsulları, xüsusən də balıqla təminatı baxımından bölgədə mühüm rol oynayıb.

Mərmərə gölü həmçinin minlərlə köçəri quş üçün də müvəqqəti dayanacaq yeri olub.

Ekspertlər gölün qurumasını ekoloji fəlakət kimi qiymətləndirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026