• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə meşə yanğınları ilə bağlı son məlumatlar açıqlanıb

HADİSƏ

05 Avqust 2021 | 22:59 | Müəllif: Subhan Mahmudov

Türkiyədə meşə yanğınları ilə bağlı son məlumatlar açıqlanıb

Türkiyənin əkin və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli daxili işlər naziri Süleyman Soylu ilə birgə mətbuat konfransı təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, konfrans zamanı B.Pakdəmirli ölkədə meşə yanğınları ilə mübarizədə son vəziyyət barədə məlumat verib. O, bildirib ki, 28 iyul - 5 avqust tarixlərində Türkiyənin 44 vilayətində 197 meşə yanğını ocağı meydana gəlib və onlardan 185-i nəzarət altına alınıb.

Nazirin sözlərinə görə, hazırda 12 yanğının lokallaşdırılması istiqamətində müvafiq işlər aparılır.  

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR