• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Türkiyədə təyyarəni ildırım vurdu

DÜNYA

06 Aprel 2025 | 00:24 | Müəllif: Subhan Mahmudov

Türkiyədə təyyarəni ildırım vurdu

Əlverişsiz hava şəraiti səbəbindən Milas-Bodrum hava limanına eniş edə bilməyən Sabiha Gökçen-Bodrum reysi üzrə uçan "Pegasus" təyyarəsi Dalaman hava limanına yönləndirilib.

Bakıvaxtı.az “Haber Global”a istinadən xəbər verir ki, hava şəraiti yaxşılaşdıqdan sonra Bodrum uçuşunu tamamlamaq üçün Dalaman hava limanından qalxan təyyarəni bu dəfə ildırım vurub. 

Təyyarə heç bir problem olmadan Bodrum hava limanına enişini tamamlayıb.

Texniki qrup ildırım vuran təyyarəyə baxış keçirərkən heç bir xoşagəlməz hal aşkar etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR