Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Milli Nümayəndəliyinin icazə sənədlərinin təsdiqlənməməsi ilə bağlı qərarına etiraz edib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə XİN bununla bağlı AŞPA-ya xəbərdarlıq edib.
Bəyanatda Türkiyənin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Milli Nümayəndəliyinin icazə sənədlərini təsdiq etməmək qərarından təəssüfləndiyi qeyd olunur:
“Bu qərar demokratik dəyərlərə uyğun gəlmir. Bunun sülh və sabitliyin təmin olunmasına xidmət etməyəcəyi aydındır”.
"Sizi bu səhvi mümkün qədər tez düzəltməyə dəvət edirik", - deyə bəyanatda vurğulanlır.
Murad Məmmədli
















