ABŞ-dən tələb olunan F-16-ların alınması və modernləşdirilməsi məsələsi heç bir şərtə tabe deyil.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Hərbi Hava Qüvvələri Komandanlığımızın ehtiyaclarına uyğun olaraq, 40 yeni F-16 Blok-70-in satın alınmasını, mövcud 79 F-16-nın və onların sursatının modernləşdirilməsini əhatə edən tələbimizin ABŞ Konqresində təsdiqlənməsi prosesi yanvarın 26-da başlayıb: “Təklif və qəbul məktubları bizə çatdıqda, qrafik üzərində iş başlanacaq və beləliklə, layihələrin dəyəri bəlli olacaq”.
“Bəzi Yunanıstan xəbər saytlarında iddia edilənlərin əksinə olaraq “F-16-nın alınması və modernləşdirilməsi məsələsi heç bir şərtə tabe deyil”, - deyə nazirliyin məlumatında vurğulanır.
Günəş Mərd
















